Avtobusun vurduğu qadın 5 gün sonra öldü

30
Yan
2024
10:00

Bakıda 5 gün əvvəl avtobusun vurduğu 76 yaşlı qadın ölüb.

Hadisə yanvarın 25-də Xətai rayonu NZS qəsəbəsində yerləşən marketlərdən birinin qarşısında baş verib.

Famil İsgəndərov idarə etdiyi “Bakubus” MMC-yə məxsus “BMC” markalı avtobusla 1948-ci il təvəllüdlü İrina Rzayevanı vurub. Qadın xəstəxanaya yerləşdirilsə də, ötən gün vəfat edib.

Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.//Qafqazinfo