“Tarqovı”nın ortasında elə bil Sibirdə yaşayırıq”

30
Yan
2024
09:35

Səbail rayonu, Hacı Zeynalabdin Tağıyev 14 ünvanında mənzillərin istilik təchizatı kəsilib.

Azreform.infoın məlumatına görə, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

“Azəristiliktəchizat” ASC-nin nümayəndəsi tərəfindən istilik haqları ödənilmədiyi təqdirdə yanvarın 29-dan istilik təchizatının dayandırılacağı ilə bağlı xəbərdarlıq elanı yerləşdirilib. Lakin sakinlər həmin tarixə qədər də istiliyin verilmədiyini deyirlər.

“Azəristiliktəchizat” ASC havalar soyuq olandan binamızın istiliyini kəsib. Gah deyirlər, qaz gəlmirdi, gah deyirlər, qazan partlamışdı. "Tarqovı"nın ortasında elə bil Sibirdə yaşayırıq”, - deyə jurnalist Pərviz Hüseyn bildirib.

Azreform.info ” məsələ ilə bağlı ASC-yə sorğu göndərib.

Könül
Azreform.info