Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Bu barədə “Azreform.info ”a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Hal-hazırda yollardakı vəziyyət:
1. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.