3 nəfəri öldürdü, 3-nü yaraladı, sonda öz başından vurdu - Türkiyədə

29
Yan
2024
23:21

Türkiyənin Qaziantep şəhərində boşanma mərhələsində olan Halil Çağlar həyat yoldaşının evinə gələrək ona və ailəsinə atəş açıb.

Azreform.info Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə ağır yaralanıb.

Cinayətkar maşını ilə hadisə yerindən qaçıb. 

Şanlıurfada gizlənən şübhəli polis əməkdaşlarından qaça bilməyəcəyini anlayıb. O, tapança ilə başına atəş açaraq intihar edib. 

Halilin həyat yoldaşı isə ağır yaralanıb. 

Polis hadisə ilə bağlı genişmiqyaslı araşdırma aparır.

Günay