Ermənistan aviaşirkəti Rusiyaya uçuşları dayandırdı

29
Yan
2024
23:14

Ermənistanın “Fly Arna” aviadaşıyıcısı Rusiyaya uçuşları dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

“Fly Arna” aviaşirkətinin uçuşları davam edən əməliyyat dəyişiklikləri səbəbindən hazırda dayandırılıb. Aviaşirkət sərnişinlərinə xidmətləri mümkün qədər tez bərpa etməyə çalışır”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, “Fly Arna” 2021-ci ilin sentyabrında təsis edilib. O, Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Air Arabia” və Ermənistanın dövlət maraqları fondu tərəfindən təsis edilib. Aviaşirkət Rusiyaya uçuşlar həyata keçirirdi.