Admiral: Rusiya-Ukrayna müharibəsi “Koreya ssenarisi” ilə başa çatacaq

29
Yan
2024
17:28

Kiyev Krımdan, Donbasdan əlini üzməlidir, Rusiya-Ukrayna müharibəsi “Koreya ssenarisi”nə uyğun şəkildə başa çatacaq.

Azreform.info xəbər verir ki, belə bir iddia ilə NATO-nun Avropadakı silahlı qüvvələrinin keçmiş komandanı admiral Ceyms Stavridis çıxış edib.

O hesab edir ki, Ukrayna və Rusiya artıq uzunmüddətli müharibədən tükəniblər. 

Danışıqlara gəldikdə amerikalı admiral deyib ki, bu ancaq ilin sonunda ABŞ seçkilərindən sonra mümkün ola bilər. 

Stavridisin fikrincə, Ukrayna ölkənin şərqindəki ərazilərin, eləcə də Krımın Rusiyanın nəzarətində qalması ilə razılaşmalı, Moskva isə Ukraynanın NATO-ya üzvlüyünə razılıq verməlidir.

“Mən görürəm ki, Ukrayna NATO-ya daxil olur. Düşünürəm ki, bu il ərzində bu sövdələşmənin konturları daha aydın olacaq”, - Stavridis bildirib.

Mürtəza
Azreform.info