Günəşdə güclü partlayış baş verdi

29
Yan
2024
17:07

Yanvarın 29-da Günəşdə M sinifli güclü parlayış baş verib. 

Azreform.info xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Tətbiqi Geofizika İnstitutunun heliogeofizika xidməti məlumat yayıb.

Partlayış qısa dalğalı radio rabitəsinin kəsilməsi ilə müşayiət olunub.

Məlumata görə, 1 dəqiqəlik yanğından sonra Yerə yaxın fəzaya proton axını daxil olub və bu, maqnit qasırğasına səbəb ola bilər.//Unikal