Sumqayıt-bakı elektrik qatarı yolda qalıb

29
Yan
2024
10:35

Sumqayıtdan Bakı istiqamətində hərəkət edən elektrik qatarı yolda qalıb.

Oxu.Az-ın məlumatına görə, söhbət Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən qatardan gedir.

Hazırda qatarın Biləcəri yaxınlığında yolda dayandığı bildirilib. Qatarın hansı səbəbdən dayandığı sərnişinlərə elan edilməyib. Nəticədə 20 dəqiqədən çox gecikmə olub.