Rus nazir: 10 min il vaxtımız qalıb

28
Yan
2024
21:42

Yer kürəsini daha 10 min illik isti iqlim gözləyir.

Axar.az xəbər verir ki, bunu Rusiyanın təbii sərvətlər və ekologiya naziri Aleksey Kozlov deyib.

"Biz buzlaqlararası dövrdəyik. Bu dövr bizə 20 min illik istiliyə zəmanət verir. Biz artıq 10 min il yaşamışıq, hələ də 10 min illik istilik zəmanətimiz var”, - nazir bildirib.