Türkiyədə kilsəyə silahlı hücum olub, ölən var

28
Yan
2024
14:07

Türkiyənin İstanbul şəhərində italyan kilsəsi “Santa Maria”ya silahlı hücum olub.

Bu barədə “Azreform.info ” “Haber Global”a istinadən xəbər verir.

Hadisə yerinə çoxlu sayda polis və təcili yardım əməkdaşları cəlb edilib. İlkin məlumata görə, hücum zamanı 1 nəfər ölüb.

Hələlik təfərrüatlar açıqlanmır.