Ötən ilin sentyabrında antiterror tədbirləri zamanı yaralanan və indiyədək komada qalan hərbçimiz şəhid olub.
Azreform.info xəbər verir ki, hərbçimiz, 2002-ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğlu 4 ay sonra Bakıda müalicə aldığı klinikada şəhidlik zirvəsinə ucalıb.
Qeyd edək ki, şəhidimiz Tovuz rayon Qaraxanlı kəndindəndir.