Qucaqlaşmağın uşaqlara təsiri və faydaları

27
Yan
2024
05:07

Ruhumuza xeyirli olduğu bilinən qucaqlaşmağın uşaqlara təsiri haqqında heç düşündünüzmü? Çoxumuz razılaşa bilərik ki, qucaqlaşma böyüklər üçün yaxşı hissdir. Bəs uşaqlar? Xüsusilə uşaq inkişafı baxımından qucaqlaşmağın bir çox faydası olduğu bildirilir. Bəs bu faydalar nədir? 

Azreform.info Türkiyə mediasına istinadla xəbər verir ki, mütəxəssis psixoterapevt Elif Zahide Gök qucaqlaşmağın uşaqlar üzərindəki təsirlərindən danışıb.

1.Beyin İnkişafına təsir edir: 
Beş duyğu orqanımızdan biri olan toxunuşu təmsil edən qucaqlaşma beyinlərin normal böyümə və inkişaf üçün ehtiyac duyduğu stimulu təmin edərək beyin inkişafına təsir edir.

2.Oksitosin ifraz olunur: 
Elmi araşdırmalara görə qucaqlaşma güvən, təhlükəsizlik və sevgi ilə əlaqəli bir hormon olan oksitosinin ifrazına səbəb olur.

3.Ürək Sağlamlığı üçün Faydalıdır: 
Qucaqlaşmaq uşaqların fiziki və zehni olaraq istirahət etməsinə kömək edərək rahatlıq yaradır. Bu istirahət uşaqların ürək döyüntüsünün yavaşlamasına və qan təzyiqinin sağlam səviyyəyə enməsinə kömək edir.

4.Münasibətləri gücləndirir: 
Uşaqla valideynlər arasındakı bağı artıran qucaqlaşma əlaqəni gücləndirir və dərinləşdirir.

5.Qəzəb hissinə son qoyur: 
Qucaqlaşma uşaqlarda qəzəb hissinin sona çatmasının ən böyük təsirlərindən biridir. Şiddətli emosional partlayış anlarında uşaqların sakitləşməsinə kömək edir və çətin anlarda valideynlərinin yanlarında olduğu fikrini gücləndirir.

6.İmmuniteti gücləndirir: 
Oksitosin hormonunun ifrazına kömək edən qucaqlaşmanın immunitet sisteminə də böyük təsiri var. Çünki qucaqlaşma hərəkəti nəticəsində ifraz olunan oksitosin hormonu immunitet sistemində mühüm rol oynayır.

7.Güvən hissini artırır: 
Uşaqlar üçün ən əhəmiyyətli hisslərdən biri şübhəsiz ki güvən hissidir. Güvən hissini təmin etmək üçün ən vacib addımlardan biri uşaqları qucaqlamaqdır. Bu səbəblə valideynlərindən güvən hissi qazanan uşaqlar daha sonrakı yaşlarda daha keyfiyyətli əlaqələr qura bilirlər.

8.Böyümə Hormonları İnkişaf edir: 
Maraqlı səslənsə də qucaqlaşmağın uşaqların böyümə hormonlarına da təsir etdiyi bilinir. Qeyd etdiyimiz bütün müsbət təsirlərin nəticəsi olaraq qucaqlaşmanın ifraz etdiyi oksitosin hormonu uşaqlarda böyümə hormonlarını yaxşılaşdırır.

9.Sosial Bacarıqları təkmilləşdirir: 
Qucaqlaşmaq uşaqların başqaları ilə əlaqə və empatiya kimi sosial bacarıqlarının inkişafına kömək edir.

Günay