Cavanşir körpüsündə qəza olub, sıxlıq yaranıb 

25
Yan
2024
11:28

Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, “Cavanşir” körpüsündə yol-nəqliyyat hadisəsi baş verib.

Azreform.info xəbər verir ki, bu barədə. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, nəticədə də qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib. Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.