“İİV-ə yoluxmuş qadın sağlam uşaq dünyaya gətirə bilər. Bunun üçün hamilə qadında virusun vaxtında aşkarlanıb antiretrovirus müalicəsinə başlamasıdır”.
"Medicina" xəbər verir ki, Səhiyyə Nazirliyi Respublika QİÇS ilə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova açıqlayıb.
“ İİV-in yoluxmanın qarşısının alınmasında anadan uşağa ötürülməsində ilk növbədə profilaktikanın böyük əhəmiyyəti var. Bu istiqamətdə də hazırda ölkəmizdə uğurlu tədbirlər görülür.
Demək olar ki, son 5 il ərzində ölkəmizdə qeydiyyatda olan İİV-lə yaşayan hamilə qadınlardan virusun anadan uşağa ötürülmə halları qeydə alınmayıb. Belə ki, vaxtında aşkarlanan və Respublika QİÇS ilə Mübarizə Mərkəzində qeydiyyata götürülüb ARV-terapiya proqramına qoşularaq müalicə qəbul edən bütün hamilələr daim mərkəzin mütəxəssislərinin nəzarəti altında olurlar və sağlam uşaq dünyaya gətirirlər”.
Onun sözlərinə görə, İİV-ə yoluxan hamilə qadınlara qeysəriyyə əməliyyatına üstünlük verməsi və ana südü ilə qidalandırmadan mütləq şəkildə çəkinmələri tövsiyə olunur:
“Çünki təbii doğuş zamanı dölün doğuş yollarından və ana südü ilə yoluxması mümkündür. Doğulduqdan sonra da bütün yenidoğulmuşlar mərkəzin pediatrının nəzarətinə götürülür və onlara da anadan uşağa ötürülmənin profilaktikası aparılır”.