Öskürəyə səbəb olan əsas amillər açıqlanıb

24
Yan
2024
21:49

"Öskürək orqanizmin müdafiə refleksi olub, hava axınının ağciyərlərdən sürətlə xaric olması və bununla da tənəffüs yollarının yad hissəciklərdən təmizlənməsi prosesidir".

Azreform.info xəbər verir ki, bunu uzman terapevt Çinarə Səfərova deyib. O bildirib ki, öskürək aşağıdakı səbəblərdən ola bilər:

- Tənəffüs sistemi orqanlarının patologiyaları zamanı: kəskin respirator virus infeksiyaları - KRVİ, bronx və ağciyər parenximasının zədələnməsi ilə gedən xəstəliklər - bronxial astma, ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX), vərəm və s.

- LOR orqanların patologiyalarında: rinit, postnazal drip sindromu, sinusit, laringit, dilçəyin uzun olması və s.

- Müxtəlif qıcıqlandırıcı maddələrlə nəfəsalma zamanı: qazlar, toz, siqaret tüstüsü

- Ürək damar sisteminin ürək çatışmazlığı ilə müşahidə olunan xəstəliklərində

- Mədə-bağırsaq xəstəlikləri zamanı: əsasən qastroezofaqial reflüks xəstəliyi -QERX

- Dərman preparatlarının arzuolunmaz effekti kimi: AÇF inhibitorları, amiodaron və bəzi toz formasında olan dərman preparatlarının istifadəsi zamanı.

- Psixoemosional pozğunluqlarda.

- Metabolik pozğunluqlarda: podaqra, respirator alkaloz, Şeqren sindromu, hiperterioz.

Billurə