Mehriban Zeynalova: “Ailə özü xahiş etdi ki, yerləşdirin, biz bacarmırıq”
“İctimai Birliyin sığınacağına yerləşdirilmiş Arəstə Məmmədova sığınacaqdan özü qaçıb”.
Bunu Oxu.Az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
O, qızın adaptasiya olmadığını qeyd edib:
“Qız qaçıb. İtkin düşməyib. Evdən də bir neçə dəfə qaçıb. 3-4 gün idi ki, buraya yerləşdirilmişdi. Heç cür adaptasiya olmurdu. Qızlarla da aqressiv rəftar edirdi. Söhbət etdik, müzakirə apardıq. Daha da aqressivləşdi. Dünən ətrafdakı hər şeyi dağıtdı. Sonra da çıxıb gedib”.
M.Zeynalova ailəsi ilə dil tapmadığını əlavə edib:
“18 yaşı 2-3 aya tamam olacaq. Ailəsi var. Ailəsi ilə dil tapa bilmir. Ailə xahiş edib ki, buraya yerləşdirin, biz bacarmırıq. Hələ də tapılmayıb. Aidiyyəti qurumlara məlumat vermişik. 18 yaşı tamam olandan sonra heç kəs onu məcbur haradasa saxlaya bilməz”.
***
"Təmiz Dünya" QYİB-nə yerləşdirilən 17 yaşlı qız itkin düşüb.
"Report"un məlumatına görə, 2007-ci il təvəllüdlü, Şirvan şəhəri, Əli Bayramov küçəsi ev 8, mənzil 1-də qeydiyyatda olan, Binəqədi rayonu "Motodrom" yaşayış massivində yerləşən "Təmiz Dünya" QYİB-nə yerləşdirilmiş Məmmədova Arəstə Elçin qızı dünən saat 15:30-da müəssisədən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.