Göyçay sakini dəm qazından zəhərlənib

24
Yan
2024
09:35

Göyçayda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

APA xəbər verir ki, rayonun Potu Kürd kənd sakini, 1961-ci il təvəllüdlü Xuraman Əmir qızı Süleymanova dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Reanimasiyaya yerləşdirilən şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.