“Hazırda Bakıda təcili yardımda 139 briqada xətdə fəaliyyət göstərir”.
“Azreform.info ” xəbər verir ki, bunu TTYM-in direktor müavini Nuridə Fərzəliyeva REAL TV-yə açıqlamasında deyib.
“Statistikaya əsasən, paytaxtda olan əhali sayı ilə xidmətdə olan briqada sayı nisbətində uyğunsuzluq var. Bu, bir neçə il öncə ayrılan briqada sayıdır. Ümumiyyətlə, hər hansı region üzrə ayrılan briqada sayı qeydiyyatda olan əhalinin sayına uyğun ayrılır. Bakıda hazırda təxminən 2,5 milyon əhali rəsmi qeydiyyatdadır. Amma bir o qədər də qeyri-rəsmi qeydiyyatda yaşayan əhali var”.