Dünyaca məşhur şirkətin mühəndisi arvadını öldürdü

23
Yan
2024
19:35

ABŞ-nin Kaliforniya ştatında yaşayan “Google”un mühəndisi 27 yaşlı Liren Çen arvadı Xuanyi Yunu vəhşicəsinə qətlə yetirib.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, yoldaşı ilə mübahisə edən Liren onun başına sərt əşya ilə vurub.

Hadisədən dərhal sonra o, polisə zəng edərək kömək istəyib. Qan içində və yaralı halda tapılan Lirenin qolunda ciddi yaralar olub. 

Hadisəyə şahid olan şəxs "Liren nə telefonuna, nə də qapıya cavab verirdi. Mən onu evin içində diz çökmüş gördüm" deyib. 

“Google” sözçüsü Bailey Tomson baş verən hadisənin dəhşətli olduğunu və bu müddət ərzində ailənin yanında olacaqlarını söyləyib. 

Günay