Varşava döyüş təyyarələrini havaya qaldırdı

23
Yan
2024
17:21

Polşa və müttəfiqləri Rusiyanın uzaqmənzilli aviasiyasının fəaliyyətinə görə öz təyyarələrini havaya qaldırıb.

Azreform.info xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı məlumat yayıb.

“Nəzərinizə çatdırırıq ki, Rusiyanın uzaqmənzilli aviasiyasının intensiv fəaliyyəti müşahidə olunur. Xəbərdarlıq edirik ki, Polşa və müttəfiqlərin təyyarələri işə salınıb və bu, xüsusilə ölkənin cənub-şərq hissəsində səs-küy səviyyəsinin artmasına səbəb ola bilər”, - nazirlik vurğulayıb.