Yuxu apnesi müalicə edilmədiyi təqdirdə infarkt və insult riskini artırır.
Yenisabah.az xəbər verir ki, bu, yuxu zamanı tənəffüsün qısa müddətə qəfil dayanmasıdır. Bu fasilə aralıqlı davam edir. Əgər bu hal bir saat ərzində 5 dəfə təkrarlanırsa, yuxu apneası sindromudur.
O, ölüm səbəblərindən olan ürək-damar xəstəlikləri, insult, hipertoniya, ağciyər hipertoniyası, ürək çatışmazlığı və ürək ritminin pozulmasına səbəb ola bilər. Xəstə 10 saniyədən çox nəfəssiz qaldıqda, beyninə gedən oksigen və qan axını azalır. Bu zaman ani ölümr baş verir.
Xəstəliyi müalicə etmək və daha rahat həyat sürmək üçün tənəffüs yolunun açıqlığını təmin edən cihazdan istifadə etməyi tövsiyə olunur.