Vatsapdakı "bu sudan içməyin, çünki..." səsyazısına RƏSMİ AÇIQLAMA

23
Yan
2024
10:14

Azərbaycanda əhali arasında yayılan vatsap səsyazması narahatlığa səbəb olub.

Azreform.info xəbər verir ki, səs yazısında bütün Bakı şəhərində mərkəzləşdirilmiş qaydada verilən su vastsəilə heptatit A virusunun yayıldığı və dövlət orqanlarının da bunun qarşısını almaq üçün içməli suyu "dərmanladığı" iddia edilib.

Danışan şəxs buna görə heç kimə qaynadılmamış su içməməyi məsləhət görüb.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlasaq da, yayılan səsyazmada qurumun mövqe bildirə biləcəyi heç bir məsələ olmadığı qeyd edilib.

"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə Azreform.info -ın sorğusuna cavab olaraq yayılan səsyazmada səsləndirilən fikirlərin sadəcə şayiə xarakteri daşıdığını və əsassız olduğunu bildirib. O deyib ki, narahatlığa heç bir əsas yoxdur.

Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə Bakının Bülbülə və Əmircan qəsəbələrində içməli su vasitəsilə hepatit A virusunun yayıldığı iddia edilirdi.

TƏBİB sözügedən problemlə bağlı açıqlamasında hələ ötən ilin noyabrından tibb müəssisələrinin yoluxucu şöbələrinə hepatit A diaqnozu ilə xəstələr daxil olduğunu bildirib. Qeyd edilib ki, yoluxma daha çox Bakı şəhəri üzrə Suraxanı və Sabunçu rayonu ərazisində yaşayan əhali qrupları arasında müşahidə olunur. "Xəstəliklərin müalicəsi də Sabunçi Tibb Mərkəzinin yoluxucu xəstəliklər şöbəsində aparılır". 

İnfeksiyanın əraziyə verilən su ilə yayılması barədə suala cavab olaraq "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib ki, həmin
"Ərazidə "Azərsu ASC-nin, Mərkəzi laboratoriyanın və Gigiyena və Epidemiologiya Mərkəzi ilə birlikdə müxtəlif ünvanlarda şəbəkə xəttindən, vətəndaşların xəttindən, vətəndaşların su çənlərindən, mərkəzi anbardan su nümunələri dəfələrlə götürülüb və heç bir halda standartlardan kənarlaşma aşkar olunmayıb:

"Bununla bağlı Gigiyena və Epidemiologiya Mərkəzi də məlumat yayıb ki, mərkəzləşdirilmiş qaydada verilmiş suyun keyfiyyəti ilə bağlı heç bir problem yoxdur".

Həmçinin qeyd edilib ki, sözügedən ərazidə suyun çirklənməsi, içməli suyun kanalizasiya suyu ilə qarışması halları baş verməyib.

Billurə Yunus