Müəyyən qidalar bədəndə müxtəlif növ ağrılara səbəb ola bilər. Həkimlər bildirirlər ki, baş ağrılarının 20 faizə qədəri müəyyən qida qəbulundan qaynaqlanır.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, estrogenlər və progesteron kimi hormonların səviyyəsi, xüsusən də qadınlarda baş ağrısına səbəb ola bilər.
Baş ağrısına səbəb ola biləcək komponentlərə pendir, maya, kolbasa, şərab, şokolad və qoz-fındıqda tapıla bilən histamin və tiramin kimi biogen aminlər daxildir.
Qidalara konservant kimi qatılan sulfitlər şərab, quru meyvə, dəniz məhsulları kimi qidalar tez-tez istehlak edildikdə bədəndə yığılaraq baş ağrısına səbəb ola bilir.