7-dən 70-ə kimi hər kəsin çox sevdiyi meyvələrdən biri olan bananın qabığı da özü kimi faydalıdır. Çünki bananın qabığında dəmir, kalium və B, K və C vitaminləri var.
E-saglam.az banan və onun qabığının faydalarını təqdim edir:
1. Təbii antibiotik təsiri var
Banan və eləcə də qabığı təbii antibiotik təsirinə malikdir. Axşam yatmazdan əvvəl üzünüzü təmizləyib sızanaqlarınıza çəkərək qurumasına kömək edə bilərsiniz.
2. Ürək xəstəliklərindən qoruyur
Kaliumla zəngin olan banan sizi ürək xəstəliklərindən, əzələ və sinir sistemi xəstəliklərindən qoruyur. Bananın hipertoniya ilə bağlı müsbət faydaları da var.
3. Xərçənglə mübarizə aparır
B6 vitamini ilə çox zəngin olan banan yoğun bağırsaq, düz bağırsaq və böyrək xərçənginə qarşı qorunmaqda çox faydalıdır.
4. Dişlərin ağarmasına kömək edir
Dişlərinizi cilalamaq üçün banan qabığından istifadə edə bilərsiniz. Yetişmiş bananın qabığı ilə dişlərinizi yaxşıca ovuşdurun. Sonra ağzınız açıq halda 10 dəqiqə gözləyin. Sonda quru diş fırçası ilə 2-3 dəqiqə fırçalayın.
5. Alkolun yaratdığı potasium və su itkisinin qarşısını alır
Spirtli içki qəbul etdikdən bir gün sonra baş ağrısı və ya ürəkbulanma yaşamaq istəmirsinizsə, yatmazdan əvvəl bir banan yeyin və 2 stəkan su için. Beləliklə, spirtin səbəb olduğu kalium və su itkisinin qarşısını ala bilərsiniz.