Qızılcalı xəstələr hər yerdədir. Pasiyent bəlkə də hələ qızılca olduğunu bilmir, ya da evdən çıxmamalı olduğunu bilmir.
Mən müayinədə görürəm ki, qızılcadır. Amma xəstə evdən çıxıb və bu, artıq riskdir.
“Medicina” xəbər verir ki, infeksionist Vüsalə Yaşar baş verənlərə etiraz edib:
“Mən artıq üsyan həddindəyəm. Qızılcalı xəstə evdə olmalıdır, ya sahə həkimi evə gəlib baxmalıdır, ya da xəstəxanada yatmalıdır. Nə qədər başa salaq?
Hələ xəstələrin reseptlərinə baxıram, reanimatoloq, kardioloq qızılca müalicəsi yazıb. Reanimatoloq hara, qızılca hara?
Hələ poliklinikalarda necə rahat bu xəstələri qəbul edirsiz? Necə gəlin bura baxaq deyirsiz? Sahə həkimləri evə getməlidir, qızılcalı xəstə evdə qalmalıdır.
O insanlar növbələrdə başqa xəstələri yoluxdur, klinikaya qızılcanı gətirir”.