Fuad Əliyevin Xırdalanda möhtəşəm görüşü - Fotolar

22
Yan
2024
13:58

 

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar prezidentliyə namizədi Fuad Əliyev seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü Xırdalanda keçirib.

Azreform.info xəbər verir ki, vu dəfə də möhtərəm və izdihamlı keçirilən görüşdə F.Əliyev seçiciləri öncə seçki platforması və proqramı ilə tanış edib, orada yer alan hər bir tezis barədə geniş məlumat verib.

F.Əliyev çıxışını daha çox iqtisadi, sosial sahəyə, problemlər üzərində kökləyib.

O, qeyd edib ki, ölkədə baş verən sosial problemlərdən biri də maaşların azlığı və ya onların gecikməsi ilə bağlıdır. Maaş azlığı sosial problemlər yaradır ki, bu da xoşagəlməz hallarla nəticələnir: "Əhalinin sosial rifahının yaxşılaşdırılması maaşların artımı ilə bağlıdır. Maaşlar reallığa, bazar iqtisadiyyatının tələblərinə uyğun artırılmalıdır".

F.Əliyev daha sonra əlillik dərəcələrinin verilməsi ilə bağlı məsələdə hələ də gərginliklər, problemlərin yaşanmaqda olduğundan da bəhs edib.

O, qeyd edib ki, xüsusən məlum nazirlik tərəfindən bir çox İkinci Qarabağ müharibəsi əlili və iştirakçısl, veteranına bu məsələdə biganəlik göstərilir ki, bu da qəbuledilən deyil: "Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi və tibbi-sosial reabilitasiyası dövlətin sosial siyasətinin mühüm tərkib hissəsidir".

Sonda F.Əliyev seçicilərin suallarını cavablandırıb.