Əgər NATO Ukraynanı Şimali Atlantika Alyansına qəbul etməyə razı olmasa, Rusiya onu hissə-hissə ilhaq edə bilər. Azreform.info xəbər verir ki, bu fikri britaniyalı siyasətçi Maykl Eşkroft “The Telegraph” üçün yazdığı məqalədə paylaşıb.
Eşkroftun fikrincə, hərbi-siyasi blok və Qərb öz hərəkətləri ilə Kiyevə “xəyanət edir”. Siyasətçi qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması prosesi uzana və Ukrayna ordusunun mütləq məğlubiyyətinə gətirib çıxara bilər.