Rusiyanın ən böyük təbii qaz şirkətinə PUA hücumu

22
Yan
2024
12:14

Rusiyanın ən böyük müstəqil təbii qaz şirkəti olan “Novatek”in Baltik dənizində yerləşən neft emalı zavodunda yanğın baş verib. 

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, ilkin təsbitlərə görə yanğına səbəb xarici faktorlar olduğu bildirilib.

Yanğın səbəbindən müəssisədə istehsal dayanıb. 

Rusiya mətbuatında yer alan xəbərlərdə obyektə iki pilotsuz uçuş aparatı ilə hücum edildiyi qeyd edilib.

Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib.

Günay