İranın cənub-şərqindəki Kirman əyalətində hərbi kazarmada çağırışçı əsgər beş əsgər yoldaşını öldürüb.
Azreform.info İRNA-ya istinadən xəbər verir ki, İran Ordusunun Cənub-Şərqi Regional Qərargahının komandanı briqada generalı Əmir Qulamalyanın sözlərinə görə, çağırışçı hərbi mövqedə dincələn əsgərlərə atəş açıb və sonra hadisə yerindən qaçıb.
“Yanvarın 21-də günorta saat 16:35-də qarovulda olan əsgərlərdən biri kazarmaya daxil olaraq həmkarlarına atəş açıb və nəticədə beş hərbçi həlak olub”, - general qeyd edib.
Qolamalyan atışmanın motivinin müəyyən edilməsi üçün araşdırmalara başlandığını bildirib.
O eyni zamanda əlavə edib ki, beş əsgər yoldaşını öldürüb qaçan hərbçi artıq saxlanılıb: "Bu adam Zerend şəhəri yaxınlığında tutulub".
Mürtəza
Azreform.info