Sonsuz qadın və kişilərin sayı niyə artıb?

22
Yan
2024
08:35

Dünyada sonsuzluq problemləri getdikcə artır.

"Medicina" xəbər verir ki, Rusiyada bu həftə keçirilən Tibbi forumda bu səbəblər açıqlanıb.

Getdikcə daha çox ölkədə uşaq doğumu azalır.

60-cı illərdə bir qadına 2-3doğuş düşdüyü halda 2021-ci ildə isə cəmi 1,5 olub.

10 ildən artıqdır qadınlar daha gec yaşlarda doğuş etməyə başlayıblar. Bu isə daha çox anomaliyalı uşaq və xəstə qadın deməkdir.

Kişiləri sonsuz edən amillər isə siqaret, içki, zərərli vərdişlər və hərəkətsizlikdir.

Sonsuzluq probleminin 2030-cu ildən daha da artacağı və qloballaşacağı gözlənilir.