Kardioloq Nick West ürəyin fəaliyyətini yaxşılaşdıran sqidaları açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, səhər yeməyi gün ərzində mühüm rol oynayır.
Onun sözlərinə görə, yemək seçimləriniz ümumi sağlamlığınıza əhəmiyyətli təsir göstərə bilər:
“Ənənəvi yüksək şəkərli səhər yeməyi əvəzinə giləmeyvə, alma və bəzən ananas kimi lif və vitaminlərlə zəngin meyvələr istehlak etmək daha məsləhətlidir.
Səhər yeməyində mütləq şəkər istehlakı azalmalıdır. Səhər yeməyində insanlar çay və qəhvəyə daha çox üstünlük verir. Hər iki içki qan təzyiqini aşağı salmağa kömək edir, yaşıl çay meta-analizdə daha çox fayda göstərir. Qəhvə orta səviyyədə istehlak edilməlidir”.