Qəhvə iki sağalmaz xəstəlikdən QORUYUR

18
Yan
2024
22:21

İtalyan nevroloqlarının sözlərinə görə, qəhvə təkcə profilaktik deyil, həm də müalicəvi təsirə malikdir.

Azreform.info xəbər verir ki, bu barədə tibb elmləri doktoru Zuxra Pavlova özünün teleqram kanalında yazıb.

"Daimi qəhvə istehlakı “Parkinson” xəstəliyi riskini 29 faiz, “Altsheymer” xəstəliyi riskini isə 65 faiz azalda bilər", - deyə həkim yazıb.

Eyni zamanda, Pavlova vurğulayıb ki, qəhvənin çoxlu istehlakı zərər verə bilər:

"Həddindən artıq qəhvə istehlakı ürək-damar xəstəliklərindən ölüm riskini artırır. Gündə bir və ya iki fincan isə əksinə, bu xəstəliklərdən qoruya bilər".

Həkim onu ​​da xatırladıb ki, səhər yeməyi əvəzinə qəhvə içmək olmaz.

"Səhər yeməyi çox vacibdir. Yeməkdən bir saat sonra bir fincan qəhvə içmək daha yaxşıdır".(musavat.com)