ATƏT Parlament Assambleyası Ermənistan və Azərbaycanı danışıqları davam etdirməyə və sülh sazişinin əldə edilməsi üçün yeni imkanlar axtarmağa çağırır.
Azreform.info xəbər verir ki, bunu noyabrın 18-də İrəvanda ATƏT PA-nın sədri Pia Kauma deyib.
O, jurnalistlərin ATƏT PA-nın payız sessiyasında Azərbaycan nümayəndə heyətinin iştirak etməməsi ilə bağlı sualını da cavablandırıb.
“Onların ötürmək istədikləri mesaj budur. Məndə belə təəssürat var ki, Bakı İrəvanla danışıqları bərpa etməyə hazırdır”.