Qızıl mədəni çökdü, çox sayda mədənçi öldü

14
Yan
2024
00:56

Tanzaniyanın şimalında qızıl mədəninin çökməsi nəticəsində azı 21 mədənçi həlak olub.

Azreform.info xəbər verir ki, bu barədə yerli hökumətin nümayəndəsi Yahaya Navanda bildirib.

Onun sözlərinə görə, şaxta güclü yağış nəticəsində dağılıb: “Ölənlərlə yanaşı itkin düşənlər də var. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir”.

Qəza zamanı mədəndə olan şaxtaçıların dəqiq sayı məlum deyil.