İranda alpinistlər qar uçqununun altında qaldı

13
Yan
2024
00:14

İranda 5 alpinist qar uçqunu altında qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qərbi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş direktoru məlumat verib.

“Bu gün Aşnoyedə 5 alpinist qar uçqunu altında qalıb. Dərhal hadisə yerinə Qızıl Aypara Cəmiyyətinin 5 xilasetmə qrupu göndərilib”, - o qeyd edib.

Qeyd edək ki, hazırda İranın bir sıra vilayətlərində güclü qar müşahidə olunur.