Türkiyədə prezidentin oğlu sərbəst buraxıldı

12
Yan
2024
23:21

Türkiyədə həbsdə olan Somali prezidentinin oğlu Məhəmməd Həsən Şeyx Mahmud sərbəst buraxılıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat paylaşıb.

Qeyd edək ki, ötən il noyabrın 30-da İstanbul şəhərində Məhəmməd Həsən Şeyx Mahmudun idarə etdiyi avtomobil motosikletlə toqquşub. Nəticədə 38 yaşlı motosiklet sürücüsü həyatını itirib.