Stalinin bağ evində iki cəsəd tapılıb

12
Yan
2024
22:42

SSRİ-nin keçmiş lideri İosif Stalinin Mıtişidəki tərk edilmiş bağ evində iki cəsəd tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

“İosif Stalinin tərk edilmiş evində iki cəsəd tapıldı. İlkin ehtimala görə, bu, ərazinin keçmiş mühafizəçisi və onun dostudur”, - deyə jurnalistlər bildirib.

Onların ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, İosif Stalin 1932-1934-cü illərdə bu mülkdə yaşayıb.

Sonrakı onilliklər ərzində obyekt dövlət mülkiyyəti kimi istifadə edilib. 1989-cu ildə bu ərazidə ağır xəstəlikləri olan uşaqlar üçün reabilitasiya mərkəzi yerləşirdi. 2004-cü ildə bina yenidənqurma üçün bağlandı və daha sonra “Dom.RF”ə verildi.