Məşhur şirkət yüzlərlə işçisini işdən çıxarır

12
Yan
2024
14:42

Dünyaca məşhur "Amazon" şirkəti yüzlərlə işçisini ixtisar etməyi planlaşdırır. 

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, media departamentlərində ixtisar edəcək şirkət “MGM Studio” və “Twitch”də də hərəkətə keçib.

“Prime Video” və “Amazon MGM Studios”un baş vitse-prezidenti Mayk Hopkins işçilərinə göndərdiyi qeyddə şirkətin uzunmüddətli vizyonu istiqamətində atılan addımlardan bəhs edib. 

“Sektor sürətlə inkişaf etməyə davam edir. Uzunmüddətli müvəffəqiyyət üçün investisiyalara üstünlük verilməlidir. İnvestisiyaları artırarkən, müəyyən sahələrdə investisiyaları azaltmaq və ya dayandırmaq imkanlarını da müəyyənləşdiririk. Bu qərarlar nəticəsində “Prime Video” və “Amazon MGM Studios” təşkilatında yüzlərlə işçi işdən çıxarılacaq.

Bu, çətin qərardır. İxtisarlardan təsirlənənlərlə bu gün əlaqə saxlamağa başlayacağıq. İşdən çıxarılanlara müxtəlif xüsusi dəstəklərdən ibarət paketlər təqdim edəcəyik”.

"Amazon"a məxsus “Twitch”in Baş İcraçı Direktoru Daniel Klansi də “işçi qüvvəmizlə bağlı çətin yeniləmə” adlı bloq yazısını dərc edib. 

“İşçi qüvvəsini azaltmaq üçün çətin bir qərardır. İşçilərin sayını 500-dən bir qədər çox azaltmaq üçün addımlar atırıq. Təşkilatı biznesin cari miqyasına və gələcəkdə necə böyüyəcəyinə dair mühafizəkar təxminlərə əsaslanaraq ölçürük".

Günay