Yəmən: Britaniya və ABŞ ağır bədəl ödəyəcək

12
Yan
2024
09:35

London və Vaşinqton Yəmənə qarşı kütləvi hücumların yüksək qiymətini ödəməyə hazır olmalıdır. 

Azreform.info xəbər verir ki, bunu Yəmən Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Hüseyn əl-Əzi deyib.

“Ölkəmiz Amerika gəmiləri, sualtı qayıqları və qırıcı təyyarələrinin kütləvi hərbi təcavüzünə məruz qalıb. Şübhəsiz ki, bu hücumlar cavabsız qalmayacaq. London və Vaşinqton bunun ağır bədəlini ödəməyə hazır olmalıdırlar”, - Livanın “Al Mayadeen” telekanalı onun sözlərini sitat gətirib.

Mürtəza
Azreform.info