ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

12
Yan
2024
06:21

ABŞ Rusiyanın “224-cü uçuş dəstəsi” dövlət aviaşirkətinin direktoru Vladimir Mixeyçiki sanksiyalar siyahısına əlavə edib.

Azreform.info " xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin müvafiq sənədlərində deyilir.

ABŞ Maliyyə Nazirliyi V.Mixeyçikdən başqa Rusiya hərbi sənaye kompleksi ilə əlaqəli iki hüquqi şəxsə, habelə Rusiya hərbi nəqliyyat aviasiyası ilə əlaqəli üç təyyarəyə məhdudiyyətlər tətbiq edib.