Rusiya onların ölkəyə girişini əngəllədi

12
Yan
2024
01:07

Rusiya Moldova vətəndaşlığı olan bir neçə məmur və jurnalistləri respublikanın qeyri-dost hərəkətlərinə görə ölkəyə buraxmayıb.

Azreform.info ” xəbər verir ki, bunu TASS-a müsahibəsində Moldova Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İqor Zaxarov deyib.

Onların arasında Dövlət Kanslerinin baş katibi, Moldova Ali Təhlükəsizlik Şurasının üzvü Adriana Balutsela, Prezidentin müşaviri Olqa Rosku, Hökumətin baş katibi Artur Miju, Strateji Kommunikasiyalar və Dezinformasiya ilə Mübarizə Mərkəzinin koordinatoru Aleksandr Manolun adı var. Onlardan əlavə siyahıya Moldova KİV-lərinin yeddi əməkdaşı da daxil edilib.