Çörək “Ginnesin Rekordlar Kitabı”na düşdü 

12
Yan
2024
00:56

Meksikanın paytaxtı Meksikada ənənəvi çörək məhsulu olan “Rosca de Reyes” çörəyi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Məlumata görə, 14 360 ədəd “Rosca de Reyes” çörəyi hazırlanıb.

Onları 4,5 km uzunluğunda bir sıraya düzüblər.

Rekord qeydə alındıqdan sonra insanlar çörəkləri evlərinə aparıblar.