Rusiya Şimali Koreya raketlərindən istifadə edib? - ekspertizanın ilkin nəticəsi açıqlandı

11
Yan
2024
23:56

İlkin verilənlərə əsasən, Rusiya hərbçiləri yanvarın 2-də Xarkovu atəşə tutarkən Şimali Koreya istehsalı olan raketlərdən istifadə ediblər.

Azreform.info ” xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru Andriy Kostin “Suspilne” telekanalının efirində bildirib.

“İlkin elmi-texniki ekspertizanın nəticələri təsdiq edir ki, yanvarın 2-də Xarkov şəhərinin mərkəzi hissəsinə atılan mərmi Şimali Koreya tərəfindən hazırlanmış qısamənzilli raketdir”.

Onun sözlərinə görə, hazırda hərtərəfli ekspertiza aparılır ki, bu da raketi identifikasiya etməlidir. Kostin əlavə edib ki, prokurorlar hazırda Xarkov və Odessa vilayətlərində son hücumlarda istifadə edilən digər döyüş sursatı fraqmentlərini axtarırlar.(Report)