İranda təyyarə qəzası: iki pilot həlak oldu

10
Yan
2024
19:14

İranın Əlborz əyalətinin Savocbolaq rayonunda qəzaya uğrayan təlim təyyarəsində iki nəfər həlak olub.

Azreform.info xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat verib.

Cəsədlər təlim təyyarəsinin şəxsi heyətinin axtarışları nəticəsində tapılıb.

Xatırladaq ki, dünən İrana məxsus “Piper 28” tipli təlim təyyarəsi qəzaya uğrayıb. 

Günay