İxtişaşlardan təsirlənən ölkə "fövqəladə vəziyyət" elan edəcək

10
Yan
2024
18:14

Peru administrasiyası qonşu Ekvadorda baş verən hadisələrlə əlaqədar quldur dəstələrin sıx olduğu şimal sərhədində “fövqəladə vəziyyət” elan edəcəyini bildirib. 

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Perunun Baş naziri Alberto Otarola açıqlama verib.

“Quldur dəstələrinin fəaliyyət göstərdiyi bu bölgələrə hərbi dəstək verəcəyik. Qəbul edilən qərarlar dərhal həyata keçiriləcək. Piura və Tumbesdəki vətəndaşlarımızdan panikaya düşməmələrini və sakit olmalarını xahiş edirik”.

Həmçinin Argentina, Boliviya, Kolumbiya və Paraqvay Ekvadorda dəstələrin törətdiyi zorakılığı pisləyib. Bundan əlavə Ekvador hökuməti ilə həmrəy olduqlarını və hər cür dəstəyi verməyə hazır olduqlarını açıqlayıblar.

Xatırladaq ki, Cənubi Amerika ölkəsi Ekvadorda "Los Çoneros" dəstəsinin lideri "Fito" ləqəbli Xose Adolfo Macias Villamar saxlandığı Quayaquil həbsxanasından yoxa çıxıb.

Günay