Ukrayna üçün fəlakətdir, ABŞ isə... - "Washington Post"

10
Yan
2024
15:35

ABŞ-nin Kiyevə maliyyə yardımı göstərməməsi, Ukrayna üçün fəlakətli olacaq. 

Azreform.info xəbər verir ki, bu barədə "The Washington Post" (WP) yazır.

Nəşr yazır ki, Amerikanın Ukrayna üçün pulu tükənib: “Konqres tədbir görməsə, Ukrayna ağır nəticələrlə üzləşəcək”.

WP hesab edir ki, ukraynalılar Vaşinqtonun dəstəyi olmadan məğlub olacaqlar və Rusiyanın Ukraynada qələbəsi isə ABŞ-nin qlobal liderliyinin sonu olacaq.

Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ukraynalıları Kiyevə yardımın azaldılması fonunda təlaşlanmamağa və ruhdan düşməməyə çağırıb. 

Mürtəza
Azreform.info