Gürcüstanın bir düşməni var, o da...

10
Yan
2024
14:28

Gürcüstanın bir düşməni var və o da Rusiyadır. 

Azreform.info xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili “Azadlıq” radiosunun gürcü xidmətinə müsahibəsində bildirib.

“Bəlkə kimsə bunu başa düşmür, ya kimsə anlamaq istəmir, ya da başa düşməmək kiminsə xeyrinədir. Amma bu, faktdır.
Rusiya bunu gizlətmir və bu fakt hər şeydə görünür”, - Zurabişvili əlavə edib.

O söyləyib ki, Gürcüstanda heç də hamı Rusiyanı düşmən kimi qəbul etmir.

Gürcüstan rəhbərinin sözlərinə görə, bu gün Rusiyanın qonşuları ilə bərabərhüquqlu münasibətlər qurmaq niyyəti və ya istəyi olduğuna dair heç bir əlamət yoxdur.

Mürtəza
Azreform.info