Azərbaycan Respublikası prezidentliyinə namizədliyi qeydə alınan Fuad Əliyev Müstəqil Həmkarlar Birliyinin sədri vəzifəsi üzrə vəzifələrinin icrasını dayandırıb.
Seçki Qərargahın rəhbəri Xəzər Teyyublunun Azreform.info-ya bildirildiyinə görə, 09 yanvar 2024-cü il tarixli qərarı ilə 2024-cü il fevralın 7-nə təyin edilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Əliyev Fuad Ağasi oğlu namizəd kimi qeydə alınıb.
10 yanvar 2024-cü il tarixindən Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 69.2-ci maddəsinin tələbinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi qeydə alınan Fuad Ağasi oğlu Əliyev Müstəqil Həmkarlar Birliyin İdarə Heyətinin sədri vəzifəsi üzrə xidməti vəzifələrinin icrası ödənişsiz məzuniyyətə göndərilməklə müvəqqəti dayandırıb.
Fuad Əliyev Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 70.1-ci maddəsinə əsaslanaraq və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 130-cu maddəsinə uyğun olaraq qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üzrə ödənişsiz məzuniyyət götürüb.
Müstəqil Həmkarlar Birliyin İdarə Heyətinin qərarına görə sədr müavini Əhməd Rəhmanov seçki müddətində sədrin səlahiyyətlərini həyata keçirəcək.