Şirvanda neft quyusundan qaz püskürüb

9
Yan
2024
22:42

Şirvanda neft quyusundan qaz püskürüb.

Azreform.info APA-ya istinadla xəbər verir ki, saat 21 radələrində "Şirvan Oil Company LTD"-nin 1 saylı neft-qaz çıxartma sahəsində yanğına keçməyən 715 saylı neft quyusunda qaz püskürməsi baş verib.

Hadisə yerinə FHN-nin Şirvan YMX-nin texnikası və canlı qüvbəsi cəlb olunub. Püskürmənin yanğına keçməməsi üçün preventiv tədbirlər həyata keçirilir.