Bakıda 4 yaşlı uşaq 53 ədəd maqnit oyuncaq udub.
Azreform.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, azyaşlı düz bir ay bağırsağında həmin oyuncaqlarla yaşayıb.
Maqnitlər uşağın həyatını riskə atdığından, o, əməliyyat olunub. Hazırda uşağın vəziyyətinin yaxşı olduğu bildirilir.